Boulinq yarışı keçirilib

Boulinq yarışı keçirilib
15:17 11 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

"Aygün City"-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə boulinq yarışı keçirilib.

Mill.Az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyinin əməkdaşları, jurnalistlər, idmançılar və estrada ulduzları arasında keçirilib.

Açılışda Gənclər və idman nazirliyinin baş məsləhətçisi Fərid Qasımzadə və yarışin təşkilatçısı Bəhruz Səmədov çıxışda qeyd ediblər ki, belə mötəbər yarışın paytaxtımızda təşkili irimiqyaslı idman tədbirlərinin keçirilməsində Azərbaycanın malik olduğu potensial imkanları nümayiş etdirəcək, müsəlman ölkələri arasında idman əlaqələrini genişləndirəcək, ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun artmasını təmin edəcəkdir.

Daha sonra yarış keçirilib. Qaliblərə qiymətli hədiyyələr və sertifikatlar təqdim olunub.

1-ci yer əməktar artist Səlim Abbasov, 2-ci yer Lider TV prodüseri və "Texno park" verlisinin aparıcısı Zaur Əliyev, 3-cü yer Gənclər və İdman Nazirliyinin fotoqrafi və "Idman" qəzetinin əməkdaşı Dilavər Nəcəfov tutublar.

Tədbirdə başqa fərqlənənlər də olub. Bunlardan tədbirin qocaman oyunçusu, idman jurnalisti Saleh Salahzadə, parataekvondo üzrə dünya və Avropa çempionu Aynur Məmmədova və taekvondo üzrə biri neçə dəfə beynalxalq mükafatçı Sayala Bayramova, xanəndə Könül Məmmədli, Lider TV aparıcısı və gənc müğənni Türkan Heydərova və başqaları. Onlar Gənclər və İdman Nazirliyinindən və sponsorlardan qiymətli hədiyyələri ilə təltif olunmuşlar.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az

Mill.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR