Bakı Nəqliyyat Agentliyindən daha bir yenilik - TAKSİ DURACAQLARI - FOTO

Bakı Nəqliyyat Agentliyindən daha bir yenilik - TAKSİ DURACAQLARI - FOTO
15:17 11 May 2017
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Nəqliyyat Agentliyi paytaxtın nəqliyyat sisteminin, o cümlədən taksi xidmətinin modernləşdirilməsi, bu sahədə göstərilən xidmətlərin şəhərin müasir simasına uyğunlaşdırılması işləri çərçivəsində daha bir yeniliyə imza atıb.

Milli.Az xəbər verir ki, qurumdan Trend-ə verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin pasportlaşdırdığı 79 taksi duracağının müəyyən edilmiş standartlara uyğunlaşdırılmasına başlanılıb. Hazırda davam etməkdə olan bu proses çərçivəsində artıq paytaxtın müxtəlif küçə və prospektində yerləşən 11 taksi duracağında yeni və beynəlxalq standartlara uyğun formada dizayn edilərək xətlənmə və nişanlanma işləri aparılır.

Taksidən istifadə edən sərnişinlərin təhlükəsizliyi məqsədilə duracağın ətrafında dəmir məhəccərlər qoyulub. Duracaqdan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlərin də rahat istifadə edə bilməsi üçün panduslar da quraşdırılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/543690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR