Torres Ronaldunun anasına söydü - Derbidə qalmaqal

Torres Ronaldunun anasına söydü - Derbidə qalmaqal
15:22 11 May 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının yarımfinalında keçirilən "Atletiko" - "Real" cavab matçı (2:1) zamanı iki oyunçu arasında insident yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matç zamanı epizodların birindən sonra "Atletiko"nun futbolçusu Fernando Torres rəqib komandanın hücumçusu Kriştianu Ronalduya "Problem nədir, təlxək?" deyib. Ronaldu isə ona belə cavab verib: "Özünə gəl, axmaq". Oyunun baş hakimi Cüneyt Çakır futbolçular arasında münaqişənin daha da böyüməsinin qarşısını alıb.

İspaniyanın bəzi qəzetləri Torresin Ronalduya "fahişə oğlu" dediyini də iddia edib. 

Sözügedən futbolçuların baş verənlərə görə cəza alıb-almayacağı bəlli deyil.

Qeyd edək ki, İspaniyada futbolçuların dodaq davranışından nə dediyini müəyyənləşdirən xüsusi texnologi proqram var.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR