Məşhur futbolçu dəfn olundu - FOTO

Məşhur futbolçu dəfn olundu - FOTO
15:32 11 May 2017
127 Maraqlı
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Tottenham Hotspur" klubunun gənclərdən ibarət komandasının baş məşqçisi Uqo Ehioqu dünən Londonun Hayqeyt səmtindəki məzarlıqda dəfn olunub.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 44 yaşlı məşqçi, sabiq futbol ulduzu kəskin ürəktutmasından vəfat etmişdi.

Dəfn mərasiminə İngiltərənin bir sıra tanınmış futbolçuları və məşqçiləri qatılıblar.

Hayqeytdəki Müqəddəs Mixail kilsəsində keçirilmiş vida mərasimində isə 400 nəfər iştirak edib.

U.Ehioqu 1991-2000-ci illərdə "Aston Villa", 2000-2007-ci illərdə "Middlsbro" klublarında oynayıb. O, futbolçu karyerasını 2009-cu ildə başa vurmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/543552.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR