İranlı gimnast IV İslam Həmrəyliyi Oyunlarında yeni element göstərməyə hazırlaşır - FOTO

İranlı gimnast IV İslam Həmrəyliyi Oyunlarında yeni element göstərməyə hazırlaşır - FOTO
15:52 11 May 2017
38 İdman
Ölkə mətbuatı
A- A+

"İslam Həmrəyliyi Oyunları müsəlman ölkələrinin idmançıları üçün çox vacibdir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə idman gimnastikası üzrə İran milli komandasının baş məşqçisi Məhəmməd Azarpay deyib.

Onun sözlərinə görə, İran komandasının əsas məqsədi azı bir medal qazanmaqdır.

O qeyd edib ki, İran millisi Bakıya üç idmançı ilə gəlib: "Biz xüsusilə at üzərində hərəkətlərdə Səidrza Keyhaya və halqa ilə hərəkətlərdə Hadi Hanarinejada ümid edirik. Əlbəttə, biz proqramın bütün növlərində medala ümid edirik, amma heç olmasa birini udsaq, bu qənaətbəxş nəticə olacaq".

Baş məşqçi bildirib ki, Səidrza Keyha at üzərində hərəkətlərdə yeni element hazırlayır: "Bir yeni elementi o, mart ayında Bakıdakı Dünya Kubokunda nümayiş etdirmişdi. Bu dəfə də daha bir yeni element həyata keçirəcək".

O, həmçinin əlavə edib ki, İran nümayəndə heyəti Bakıya gəlməkdən məmnundur: "Burada gözəl gimnastika zalları və qonaqpərvər insanlar var. Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun fəaliyyətini xüsusi qeyd etmək istərdim. O hər şeyi edir ki, bütün yarışlar yüksək səviyyədə keçsin və əminəm ki, İslam Həmrəyliyi Oyunları da istisna olmayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR