Azad Rəhimov Azərbaycan-Kamerun oyunu məsələsinə aydınlıq gətirdi

Azad Rəhimov Azərbaycan-Kamerun oyunu məsələsinə aydınlıq gətirdi
15:53 11 May 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan-Kamerun futbolçularının qarşılaşmasında azarkeşlərin az olması məni də təəcübləndirdi. Səbəbini soruşanda, dedilər ki, ola bilsin, gün düşüb deyə azarkeşlər bəzi oturacaqlarda oturmayıb".

Publika.az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov söyləyib.

O bildirib ki, futbol yarışlarına biletlərin hamısı satılıb:

"Biz də azarkeşlərin stadionda az olması ilə əlaqədar özümüzə sual verdik. Ola bilər ki, gün düşür, hava isti olub. Yaxud futbol yarışlarının biletlərinin bəzilərinin qiyməti 2 manatdır. Alıb getməyənlər də ola bilər. Bildirmək istərdik ki, azarkeşlərin başqa oyunlara da bilet alması mümkündür. Yəni bu matçı yox, başqa bir oyunu izləməyə üstünlük verə bilərlər", - deyə nazir qeyd edib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR