Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ölkədəki hasilat şirkətləri ilə görüşü keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın ölkədəki hasilat şirkətləri ilə görüşü keçirilib
16:02 11 May 2017
Ölkə mətbuatı
A- A+

Bak. 11 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın və Azərbaycanda fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Bu barədə “Report”a Fonddan məlumat verilib.
Görüşdə HSŞ üzrə Komissiyanın üzvləri - Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov, energetika nazirinin müavini Natiq Abbasov, maliyyə nazirinin müavini Emin Hüseynov, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP-nin regional prezidenti Qari Cons, TPAO və "TPO Ltd." şirkətlərinin Azərbaycandakı nümayəndəliklərinin müdiri Saliha Dündar, "Total Absheron" şirkətinin baş meneceri Denis Le Marşal, “ONGC Videsh Ltd.” şirkətinin ölkə üzrə meneceri Somnat De, “RV Investment Group Services LLC” şirkətinin prezidenti Reza Vəziri, “SGC Upstream” şirkətinin baş direktoru Tural Mənsimov, "Petronas" şirkətinin ölkə nümayəndəliyinin rəhbəri Talib Hanafi, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Naftiran Intertrade Co. Ltd.” şirkətinin ölkə nümayəndəliyinin rəhbəri Mehdi Cavadi və digər şirkətlərin nümayəndələri iştirak ediblər.
Görüşdə HSŞ üzrə Komissiyanın Katibliyi tərəfindən şirkətləri hasilat sənayesində şəffaflıq sahəsindəki yeni mərhələ barədə məlumatlandırmaq məqsədi ilə təqdimat edilib.
Görüş iştirakçıları tərəfindən hasilat sənayesində fəaliyyət göstərən şirkətlərin HSŞ üzrə hesabatlılıq prosesində iştirakı, HSŞ üzrə Komissiyanın yerli və xarici hasilat şirkətləri ilə əməkdaşlığına dair razılaşma sənədinin layihəsi və digər məsələlər müzakirə edilib.  

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/hasilat-senayesinde-seffafliq-uzre-komissiyanin-olkedeki-hasilat-sirketleri-ile-gorusu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR