Pentaqon şefi ilə qapalı görüş və bir cümləlik Türkiyə açıqlaması

Pentaqon şefi ilə qapalı görüş və bir cümləlik Türkiyə açıqlaması
16:18 11 May 2017
50 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın YPG-yə (PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı) ağır silah yardımı etməklə bağlı qərarından sonra Türkiyənin baş naziri Binəli Yıldırım Londonda Amerikanın müdafiə naziri Ceyms Mattislə görüşüb.

Publika.az
xəbər verir ki, görüş İngiltərə və BMT-nin Londonda birgə təşkil etdiyi Somali konfransında keçirilib.

Mediaya qapalı keçirilən görüş 30 dəqiqə davam edib.

Görüşdən sonra Pentaqon bir cümləlik açıqlama yayıb: “NATO müttəfiqi olan Türkiyəni qorumaq istəyimiz davam edir”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR