Həftəsonu ADGTT-da 7 tamaşa - FOTO

Həftəsonu ADGTT-da 7 tamaşa - FOTO
16:22 11 May 2017
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarının açılışı günü və həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir-birindən maraqlı 7 müxtəlif tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən əlumata görə, artıq dünəndən etibarən teatrın səhnəsində nümayiş edilən tamaşalar möhtəşəm idman bayramında iştirak edən və yarışları izləmək üçün şəhərimizə qonaq gələn əcnəbi turistlər üçün ingilis və rus dillərinə tərcümə edilərək subtitrlərlə təqdim edilir.

Həftəsonuna qədər teatrda nümayiş olunacaq M.MakDonaxın "Lineynin Trilogiyası"na daxil olan "Gözəllik kraliçası", "Konnemarada bir kəllə", "Yalqız Qərb", Ə.B.Haqverdiyevin "Pəri Cadu", L.Nurenin "Mən gəldim qızlar" ("Müharibə") tərcümə edilmiş tamaşalar siyahısına daxildir.

ADGTT-nın kollektivi heç şübhəsiz ki, kiçik yaşlı tamaşaçılarını da diqqətdən kənar qoymayıb. 2 gün müddətində uşaqlar üçün "Dəcəl keçi" və "Qırmızı papaq" tamaşları ilə onların görüşünə gələn truppa 13 və 14 may tarixlərində saat 12.00 və 14.00-da sözügedən tamaşaları təqdim edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/543717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR