Şahzadədən nalayiq hərəkətlər - VİDEO

Şahzadədən nalayiq hərəkətlər - VİDEO
16:38 11 May 2017
138 Digər
Ölkə mətbuatı
A- A+

Norveç şahzadəsi kral ailəsinə yaraşmayan hərəkətləri ilə jurnalistlərin hədəfinə tuş gəlib.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, 11 yaşlı Sverre Maqnus babası kral Haraldın 80 illik yubileyi mərasimində qəribə rəqslər edərək, üz-gözünü əyərək nalayiq hərəkətlər edib. Şahzadənin əmisi qızı – 12 yaşlı Leya Aysedora Ben onu bundan çəkindirmək istəsə də alınmayıb. Şahzadənin valideynləri özlərini soyuq göstərməyə çalışıblar.

Kral ailəsi rəsmi çıxışlar zamanı mərasimi izlədiyi vaxt azyaşlı şahzadənin özünü apara bilməməsi narazılıqlara səbəb olub. Protokola əsasən kral ailəsi istənilən yaşda ictimaiyyət qarşısında rəsmi duruş sərgiləməlidir.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/198399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR