İslamiada: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib

İslamiada: Azərbaycan boksçularının ilk rəqibləri müəyyənləşib
16:47 11 May 2017
79 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarının püşkü atılıb. "Report"un məlumatına görə, 27 ölkənin qatılacağı turnirdə Azərbaycan millisinin üzvləri də rəqiblərini tanıyıblar.
Yığmanın heyətində ilk olaraq rinqə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov çıxacaq. O, yarışın açılış günü 1/4 finalda qüvvəsini sınayacaq.
“Bakı Kristal Zalı”nda keçiriləcək boks yarışları saat 12:00-da başlayacaq. Finallar isə mayın 18-də olacaq.
12 may
+91 kq. 1/4 final. Məhəmmədrəsul Məcidov – Nurlan Saparbay (Qazaxıstan)
13 may
52 kq. 1/8 final. Məsud Yusifzadə – Ömər Koç (Türkiyə)
75 kq. 1/8 final. Kamran Şahsuvarlı – Desmond Amsterdam (Qayana)
81 kq. 1/8 final. Rauf Rəhimov – Hafidz Adli Mohd (Malayziya)
14 may
60 kq. 1/4 final. Cavid Çələbiyev – Yoel Volliamson(Qayana) / Hakan Doğan (Türkiyə)
69 kq. 1/8 final. Tamerlan Abdullayev – Muhemmetmirat Sahedov (Türkmənistan)
91 kq. 1/4 final. Teymur Məmmədov – Sardorbek Beqaliyev (Özbəkistan)
15 may
49 kq. 1/4 final. Rüfət Hüseynov - Tolqahan Öztürk (Türkiyə) / Omid Əhmadisafa (İran)
56 kq. 1/4 final. Tayfur Əliyev – Taoufik Kaçfi (Mərakeş)
16 may
64 kq. 1/4 final. Elvin İsayev – Aliyor Noraliyov (Özbəkistan)

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-azerbaycan-bokscularinin-ilk-reqibleri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR