Azərbaycan ət idxalını kəskin artırıb

Azərbaycan ət idxalını kəskin artırıb
16:47 11 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana 412,85 mln. ABŞ dolları həcmində yeyinti məhsulları idxal olunub.
"Report"un Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi xəbərə görə, yeyinti məhsulları idxalında 3,17% artım qeydə alınıb.
Hesabat dövründə ət idxalı 2,6 dəfə artaraq 21,177 mln. dollar, süd - 98% artaraq 4,198 mln. dollar, kərə yağı və süddən hazırlanmış digər yağlar - 3% artaraq 20,269 mln. dollar, çay - 23% artaraq 14,003 mln. dollar, şəkər idxalı 11% artaraq 48,101 mln. dollara çatıb. 
Bu müddətdə meyvə-tərəvəz idxalında isə azalma müşahidə olunub. Belə ki, meyvə-tərəvəz idxalı illik müqayisədə 3% azalaraq cari ilin yanvar-aprel ayları ərzində 56,48 mln. dollar, buğda idxalı 48% azalaraq 48,462 mln. dollar təşkil edib.
Qeyd edək ki, yeyinti məhsullarının cəmi idxalda xüsusi çəkisi ötən ilin müvafiq dövründə qeydə alınan 15,42%-dən 19,07%-ə yüksəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycana-et-idxalini-keskin-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR