Ekspert: İslamiada Azərbaycana qonaqpərvərliyini və tolerantlığını göstərməyə imkan verəcək

Ekspert: İslamiada Azərbaycana qonaqpərvərliyini və tolerantlığını göstərməyə imkan verəcək
17:08 11 May 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Anaxanım Hidayətova - Trend:

İslam Həmrəyliyi Oyunları Azərbaycana qonaqpərvərliyini və tolerantlığını göstərməyə imkan verəcək.

Bunu Trend-ə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Bakıya bir idman mərkəzi kimi daha çox imtiyazlar verəcək: “Bu gün İslam dünyasında çoxlu fikir ayrılıqları var, bəzi qüvvələr islami dəyərləri öz xeyirləri üçün istifadə edir, bəzi qüvvələr qeyri-İslam dünyasını müsəlmanlara qarşı çevirməyə çalışır. Bu Oyunlar İslam haqqında stereotiplərə dəyişməyə yardım edəcək və İslamı tamamilə fərqli tərəfdən göstərəcək”.

Ekspertin fikrincə, azərbaycanlı idmançılar ölkəni layiqincə təmsil edəcək və çoxlu medallar qazanacaq: “Azərbaycanda gənclərin idman hazırlığına və ümumilikdə idmanın inkişafına böyük diqqət ayrılır”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR