Azərbaycan, Türkiyə və Gürcüstan hərbi əməkdaşlıq haqqında sənəd imzalayacaq

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi əməkdaşlıq haqqında sənəd imzalayacaq
17:08 11 May 2017
87 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri üçtərəfli hərbi əməkdaşlıq haqda memorandum izmzalamağı planlaşdırır.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, bu məsələ İstanbulda keçirilən Beynəlxalq müdafiə sənayesi sərgisində Türkiyənin müdafiə naziri Fikir Işıkla grücü həmkarı Levan İzoriya arasındakı görüşdə müzakirə edilib.

İnformasiyaya əsasən, görüşdən sonra L.İzoriya bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri 10 gündən sonra Batumidə görüşəcək.

“Bu görüşdə biz üçtərəfli əməkdaşlıq formatını müzkirə edəcəyik. Həbir əməkdaşlığımızın keyfiyyətinin artırmaq istiqamətində memorandum imzalanacaq”, - deyə Gürcüstanın müdafiə naziri vurğulayıb. (report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/198404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR