Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında memorandum imzalanacaq

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında memorandum imzalanacaq
17:12 11 May 2017
46 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında memorandum imzalanacaq.
“Report” xəbər verir ki, məlumatı Gürcüstanın Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 
Nazirlikdən bildirilib ki, bu məsələ İstanbulda keçirilən Beynəlxalq müdafiə sənayesi sərgisində Türkiyənin müdafiə naziri Fikir İşıkla gürcü həmkarı Levan İzoriyanın görüşündə müzakirə edilib.
L.İzoriya görüşdən sonra deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri 10 gündən sonra Batumidə görüşəcək: “Bu görüşdə biz üçtərəfli əməkdaşlıq formatını müzakirə edəcəyik. Hərbi əməkdaşlığımızın keyfiyyətini artırmaq üçün memorandum imzalayacağıq”. 

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/azerbaycan-turkiye-ve-gurcustan-arasinda-herbi-emekdasliq-haqqinda-memorandum-imzalanacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR