YAP Oğuz rayon təşkilatının X konfransı keçirilib - FOTO

YAP Oğuz rayon təşkilatının X konfransı keçirilib - FOTO
17:12 11 May 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının X konfransı keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbir iştirakçıları öncə Oğuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Konfransda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov hesabat məruzəsi ilə çıxış edib. YAP-ın keçdiyi zəngin inkişaf yolundan danışan S.Məhərrəmov qeyd edib ki, 1993-cü ildə təsis konfransını keçirən YAP Oğuz rayon təşkilatı ötən dövrdə sıralarını xeyli genişləndirib. Bildirilib ki, YAP Oğuz rayon təşkilatı partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcək. S.Məhərrəmov vurğulayıb ki, YAP Oğuz rayon təşkilatı partiyanın V Qurultayında qəbul edilmiş qərarların, eləcə də, İdarə Heyətinin qərarlarının icrasını daim yüksək səviyyədə həyata keçirib.

S.Məhərrəmov nəzərə çatdırıb ki, rəhbəri olduğu rayon təşkilatı hər zaman öz nümunəvi fəaliyyəti ilə fərqlənməyə çalışıb, 2015-ci ildə keçirilmiş parlament seckilərində və 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.

Hesabat məruzəsindən sonra Nəzarət-Təftiş qrupunun hesabatı dinlənilib.

Sonra Milli Məclisin deputatı, professor Elman Nəsirov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov çıxış edərək YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, partiyanın böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən bəhs ediblər. Bildirilib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və yüksək səviyyədə davam etdirilir.

Sonra təşkilati məsələlər müzakirə edilib, S.Məhərrəmov yenidən YAP Oğuz rayon təşkilatının sədri seçilib. Konfransda yeni tərkibdə rayon təşkilatının Şura və İdarə Heyəti seçilib. Həmçinin bir qrup gəncə partiya vəsiqələri verilib.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/543750.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR