Azərbaycanda doğulmuş erməni beynəlxalq axtarışa verildi - FOTO

Azərbaycanda doğulmuş erməni beynəlxalq axtarışa verildi - FOTO
17:19 11 May 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın hüquq-mühafizə orqanları Azərbaycanda doğulmuş ermənini beynəlxalq axtarışa verib. Lent.az İnterpol-a istinadən xəbər verir ki, 1973-cü ilin 14 iyul tarixində Xankəndində anadan olmuş Arayik Yengibaryan Rusiyada adam öldürməkdə təqsirli bilinir. O, Rusiyadan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib.

 

Qeyd edək ki, İnterpolun saytında həmin şəxsin Azərbaycanda doğulduğu qeyd edilib. A.Yengibaryanın xarakterik əlamətləri onun anketində qeyd edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274391

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR