"Bank VTB (Azerbaijan)" yeni xidmətini istifadəyə verib

"Bank VTB (Azerbaijan)" yeni xidmətini istifadəyə verib
17:32 11 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC yeni məsafəli xidmətini – "VTB Mobile" mobil bankçılıq xidmətini müştərilərin istifadəsinə verib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, yeni əlavə sayəsində müştərilər istənilən vaxt müxtəlif bank əməliyyatlarını "İOS" və "Android" platformalarını dəstəkləyən mobil cihazları ilə həyata keçirə bilərlər.
"VTB Mobile" əlavəsindən istifadə 24 saat ərzində mümkün olacaq və müştərilərə bank xidmətlərindən təhlükəsiz rejimdə istifadə etməyə imkan verəcək.
Bunun vasitəsi ilə kommunal xərclərin ödənilməsi, hesablar, kartlar, depozit və kreditlər haqqında məlumatın alınması, cari və ya kart hesabından çıxarışın alınması, kartdan karta pul vəsaitinin köçürülməsi və "Bank VTB (Azerbaijan)" daxilində, eləcə də Azərbaycanın digər banklarına pul köçürülməsi, "Bank VTB (Azerbaijan)" və onun tərəfdaş banklarının filial və bankomatları barədə məlumatın əldə edilməsi mümkündür.
Vahid texnoloji platforma hesabına bankın "VTB Online" internet bankçılıq istifadəçiləri avtomatik olaraq "VTB Mobile" xidmətinin istifadəçilərinə çevrilir. Belə ki, mobil əlavə sisteminə giriş üçün müştəri "VTB Online" internet bankçılığa daxil etdiyi eyni paroldan istifadə edir. İnternet bankçılıqda olduğu kimi, mobil versiyada da eyni avtorizasiya sxemləri (birdəfəlik SMS parol, mobil açar generatoru, eləcə də "Asan İmza") dəstəklənir.
 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bank-vtb-azerbaijan-yeni-xidmetini-istifadeye-veribbbb

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR