"Neftçi"də yeni məşqçi

"Neftçi"də yeni məşqçi
17:42 11 May 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" PFK-nın baş məşqçisi Elxan Abdullayevin köməkçisi müəyyənləşib.

Milli.Az bildirir ki, Novruz Əzimov əsas komandanın məşqçisi vəzifəsinə təyin olunub. 1982, 1985-1989 və 1991-1992-ci illərdə "Neftçi"nin heyətində 146 oyun keçirib, 5 qol vurmuş Əzimov Azərbaycan çempionudur (1992). "Kəpəz" və AZAL klublarında məşqçi kimi çalışmış mütəxəssis "Bakı"nın baş məşqçisi, məşqçisi və idman direktoru vəzifələrini yerinə yetirib. Baş məşqçi kimi Azərbaycan kubokunun qalibi olub (2011/2012).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR