Olimpiya çempionu: Mən özümü Bakıda evdəki kimi hiss edirəm

Olimpiya çempionu: Mən özümü Bakıda evdəki kimi hiss edirəm
17:43 11 May 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Mənə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında iştirak etmək çox maraqlıdır.

Bunu Trend-ə Olimpiya çempionu, Özbəkistan gimnastı Oksana Çusovitina deyib.

O, Bakını çox sevdiyini, özünü burada evdəki kimi hiss etdiyini deyib.

O.Çusovitinanın sözlərinə görə, o yarışlarda bir növdə iştirak edəcək: “Mən ancaq dayaqla tullanma hərəkətlərini yerinə yetirəcəyəm. Sərbəst hərəkətlərdə iştirak edib-etməyəcəyimi bilmirəm. Buraya tək gəldiyim üçün Özbəkistan komanda hesabında çıxış etməyəcək. Şəxsən mənim üçün əsas məqsəd xalça üzərinə çıxmaq və tamaşaçıların xoşuna gəlməkdir”.

Rəqibləri haqqında danışan gimnast xüsusi olaraq heç kimi fərqləndirməyib: “Gimnastikada hər kəs bir-birinə rəqibdir. Bu idmandır, hər şey ola bilər. Qabaqcadan danışmaq istəmirəm”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2752704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR