Azərbaycan 118 mln. dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan 118 mln. dollarlıq neft məhsulları ixrac edib
17:47 11 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 306,583 min ton həcmində neft məhsulları ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda xam neftin dəyəri 118,817 mln. ABŞ dolları təşkil edib.
Bu ilin dörd ayı ərzində ixrac olunan neft məhsullarının miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 51%, dəyəri isə 5% azalıb.
Hesabat dövründə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 3,46% olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycan-118-mln-dollarliq-neft-mehsullari-ixrac-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR