Vasif Talıbov Azərbaycanın Batumidəki Baş Konsulluğunda olub (FOTO)

Vasif Talıbov Azərbaycanın Batumidəki Baş Konsulluğunda olub (FOTO)
17:55 11 May 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Batumi şəhərində rəsmi səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumi şəhərindəki Baş Konsulluğun inzibati binasını ziyarət edib.

Baş konsul Rəşad İsmayılov konsulluğun tələblərinə uyğun yenidənqurma işləri, binada aparılmış təmir işləri, yaradılan şərait barədə məlumat verib.

Binanın birinci mərtəbəsində Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən fotoguşə yaradılıb.

Bina ilə tanışlıqdan sonra xatirə şəkli çəkilib.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2752737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR