Qrant müsabiqəsi ilə əlaqədar tələbələr üçün infosessiya keçirilib

Qrant müsabiqəsi ilə əlaqədar tələbələr üçün infosessiya keçirilib
18:01 11 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Mühəndislik Universitetində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi qrant müsabiqəsi ilə əlaqədar adıçəkilən ali məktəbin tələbələri üçün infosessiya keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Bakı Mühəndislik Universitetinin (BMU) rektoru professor Havar Məmmədov açılış nitqi ilə çıxış edərək yeni yaranan universitet haqqında məlumat verib.

Fondun icraçı direktoru Elçin Zeynalov çıxışında görüşün məqsədi və Fondun startap layihələrinə göstərdiyi dəstək barədə söz açıb.

Samir Məmmədov isə BMU-da fəaliyyət göstərən və rəhbərlik etdiyi Texnoparkın fəaliyyətindən danışıb.

Daha sonra isə Fondun əməkdaşları tərəfindən cari qrant müsabiqəsinin şərtləri və seçim prosesi barədə məlumat verilib. Tədbir iştirakçılar arasında maraqlı diskussiyalarla davam etdirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün bildirək ki, Fondun bu günə qədər keçirdiyi 4 qrant müsabiqəsinə təqdim olunmuş 582 innovativ və tətbiqi elmi-texniki layihədən 91-nə qrant ayrılıb. Cari qrant müsabiqəsinə layihələrin qəbulu 10 aprel 2017-ci il tarixindən başlayıb və hazırda davam edir. Layihələrin qəbulu 9 iyun 2017-ci il tarixində saat 18:00-da başa çatır. Qrant müsabiqələrinə layihələrin qəbulu fondun rəsmi internet saytındakı (www.ictfund.gov.az) e-qrant bölməsindən təqdim oluna bilər.

Qeyd edək ki, Fondun qrant müsabiqələrinin keçirilməsində əsas məqsəd gənclərin intellektual biznes, innovativ sahibkarlıq və İKT sahəsinə marağını artırmaq, bu sahədə kütləviliyi təmin etməkdən ibarətdir. Fond ali təhsil müəssisələrində yeni biznes inkubatorlarının yaradılmasına dəstək verir, həmçinin mövcud inkubatorlarda layihələrə dəstək məqsədi ilə mütəmadi infosessiyalar keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2752747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR