Tovuz Gömrük İdarəsinin ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Tovuz Gömrük İdarəsinin ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
18:02 11 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Bu gün Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində yerli iş adamları ilə qeyri-neft məhsullarının istehsalı və ixracın stimullaşdırılması mövzusunda görüş keçirilib. 
Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
İctimai Şuranın təşkil etdiyi görüşdə Tovuz Gömrük İdarəsinin ərazisində - Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında fəaliyyət göstərən sahibkarlarla yanaşı, Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndələri də iştirak edib. Xatırladaq ki, İctimai Şura DGK sədrinin "Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması" haqqında sərəncamına əsasən təsis olunub.
Tədbirdə Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqov, onun müavini Çingiz Əsədov, eləcə də Şəmkir RİH başçısının birinci müavini Qüdrət Əliyev çıxış edib. Onlar qeyri-neft sektorunun inkişafında regionların və yerlərdə çalışan iş adamlarının rolundan danışıb.
"Şəmkir Aqropark"ın direktoru Qüdrət Seyfullayev aqroparkınyaradılmasını ixrac coğrafiyasının daha da genişləndirilməsinə və həcminin artırılmasına, milli brendlərin formalaşdırılmasına, istehsalçı, emalçı və istehlakçı arasında münasibətlərin genişləndirilməsinə, yüksək məhsuldarlığa nail olunmasına və yeni iş yerlərinin açılacağına səbəb olacağını bildirib.
Daha sonra sahibkarlar gördükləri işlər barədə məlumat veriblər.



Xəbərin orijinal ünvanı: https://report.az/biznes/tovuz-gomruk-i-daresinin-erazisinde-fealiyyet-gosteren-sahibkarlarla-gorus-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR