Lavrov ABŞ-ı QARIŞDIRDI: Trampın kabinetində qalmaqal və Kissincerin SİRLİ GƏLİŞİ

Lavrov ABŞ-ı QARIŞDIRDI: Trampın kabinetində qalmaqal və Kissincerin SİRLİ GƏLİŞİ
18:08 11 May 2017
174 Dünya
Ölkə mətbuatı
A- A+

Dörd il sonra Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-a səfər etdi. Səfərin əsas məqsədi Rusiya, Türkiyə və İran arasında Suriyada “döyüş olmayan bölgələr”lə bağlı razılığın ABŞ-da müzakirəsi idi. Lakin Lavrovun səfərindən bir gün öncə Trampın Rusiyanın ABŞ-da prezident seçkilərinə ehtimal olunan müdaxiləsi ilə bağlı tədqiqata rəhbərlik edən FTB direktoru Ceyms Komini vəzifəsindən kənarlaşdırması diqqət çəkdi. Amerika torpaqlarına ayaq basan kimi Lavrov jurnalistlərə Rusiyanın seçkiyə müdaxiləsi haqda ittihamlarla bağlı şikayətləndi.

“Rusiyanın ABŞ-ın daxili siyasətinə rəhbərlik etməsi ilə bağlı deyilənlər sadə Amerika xalqı üçün alçaldıcıdır. Hesab edirəm ki, bu ittihamlar ABŞ-ın siyasi sisteminə böyük zərbə vurur”, - deyə o bildirdi.

Lakin Ağ Evin Oval kabinetində keçirilən görüşlə bağlı bəzi müəmmalar da müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, ABŞ mediası Oval kabinetdə keçirilən görüşün şübhəli məqamlarını dərc edib.

“Washington Post” qəzeti yazır ki, görüşdə Tramp, Lavrov və Rusiyanın ABŞ-dakı səfiri Serqey Kislyak iştirak edirdi: “TASS-ın ABŞ-dakı müxbiri isə Ağ Evdə Lavrovun rəsmi fotoqrafı kimi təqdim edildi və görüşə yalnız onu buraxdılar. Rusların fotoqrafı görüşə tək dəvət olunmuşdu, Amerika jurnalistləri isə içəri buraxılmadı”.

“Financial Times” yazır ki, görüşə buraxılmayan amerikalı jurnalistlər bununla bağlı izahat tələb edirlər.

“New York Times” isə qeyd edir ki, görüşdə Trampın da fotoqrafı qatılıb.

“Lakin fotoları sonda ruslar yaydı, Ağ Ev isə heç bir foto yaymadı”, - deyə qəzet diqqətə çatdırıb.

Gözlənilməz sürpriz

Digər maraqlı məqam isə Lavrovla görüşdən öncə Trampın Oval kabinetdə keçmiş dövlət katibi. AB, siyasətinin patriarxı hesab olunan Henri Kissinceri qəbul etməsi idi. Halbuki, jurnalistlər Oval kabinetdə Tramp-Lavrov görüşünün başladığını düşünərək, ora doğru qaçırlar və birdən onlar 93 yaşlı Kisincerlə qarşılaşırlar.

Tramp izah etdi ki, o, Kissincerlə Suriya məsələsi də daxil olmaqla Rusiya ilə münasibətləri müzakirə edirdi.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR