Dünya Turizm Təşkilatının baş katibi Talib Rifai Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilib

Dünya Turizm Təşkilatının baş katibi Talib Rifai Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilib
18:12 11 May 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifainin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

BMT-nin Dünya Turizm Təşkilatı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə BMT-nin Dünya Turizm Təşkilatının Baş katibi Talib Rifai "Dostluq" ordeni ilə təltif edilsin".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/543800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR