Almaniya səfiri Lənkəranda olub

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Lənkəranda ikitərəfli siyasi və iqtisadi görüşlər keçirib.

Səfir Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb, görüş çərçivəsində tərəflər rayonun xüsusilə kənd təsərrüfatı və turizm sahələrində iqtisadi potensialı haqqında ətraflı fikir mübadiləsi aparıb.

M.Kindsqrab alman kapitalının da cəlb olunduğu "AccessBank"ın Lənkəran filialına da baş çəkib, orada diplomata bölgədəki aktual iqtisadi vəziyyət barədə məlumatlar verilib. Səfər zamanı diplomatik missiyanın başçısı Lənkəran konserv zavodunun fəaliyyəti ilə yaxından tanış olub. Eyni zamanda „Yaşıl çay“ şirkətinin alman kənd təsərrüfatı üsulu ilə fəaliyyət göstərən çay plantasiyasında şirkət sahibləri ilə çay istehsalı sahəsində inkişaf planları və artım şansları ilə əlaqədar fikir mübadiləsi aparıb.

Mixael Kindsqrab 2016-cı ilin avqust ayından Almaniyanın Bakıdakı səfiridir. Səfir Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə rəsmi səfərlər hayata keçirir.

//Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR