Millətçilər erməni mənşəli nazirə QARŞI

Millətçilər erməni mənşəli nazirə QARŞI
18:33 11 May 2017
120 Dünya
Ölkə mətbuatı
A- A+

Kiyevdə Ukrayna Daxili İşlər Nazirliyinin binası qarşısında nazir Arsen Avakovun istefası tələbi ilə etiraz aksiyası keçirilib.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyinin müxbiri bildirib.

Aksiyada “Azadlıq” Partiyası, “Sağ sektor” təşkilatı və “Ukrayna Millətçilərinin Təşkilatı”nın (OUN) üzvləri iştirak edib.

Xatırladaq ki, mayın 9-da Dnepropetrovsk vilayətində Qələbə Gününün ildönümü ilə əlaqədar keçirilən bayram mərasimləri zamanı toqquşmalar baş verib. Toqquşmalara səbəb qadağan olunmuş şüarlar səsləndirilməsi və rəmzlərin qaldırılması olub.

Arsen Avakov toqquşmalardan sonra Dneprepetrovsk vilayətinin polis rəhbərlərini, həmçinin onların ictimai təhlükəsizliyin təminatı üzrə müavinlərini işdən çıxarıb.

Dnepropetrovsk meri Boris Filatov hüquq-mühafizə orqanlarının rəhbərlərindən toqquşmalarla əlaqədar tədbir görməyi tələb edib.

“Arsen Avakov və Yuri Lusenko (Ukraynanın baş prokuroru - red.) ya siz Dnepropetrovskdə qayda-qanun yaradacaqsınız, ya da mən insanları qaldıracağam”, - Filatov sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Arsen Avakov erməni mənşəlidir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR