Türkiyədə PKK terrorçuları ilə qarşıdurmada 2 çavuş şəhid olub, 11-i yaralanıb

Türkiyədə PKK terrorçuları ilə qarşıdurmada 2 çavuş şəhid olub, 11-i yaralanıb
18:37 11 May 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında baş vermiş silahlı qarşıdurma zamanı 2 çavuş şəhid olub, 11-i yaralanıb. 
"Report"un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, hadisə Ağrı əyalətinin Doğubəyazid ilə Vanın Çaldıran rayonları arasındaki Təndürək dağında keçirilən əməliyyat zamanı qeydə alınıb. 
Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu və Van Dövlət Xəstəxanasına aparıldığı bildirilib. Digər 9 yaralı isə Doğubəyazid Dövlət Xəstəxanasına çatdırılıb.
Məlumatda 5 PKK terrorçusunun ölü ələ keçirildiyi qeyd olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-pkk-terrorculari-ile-qarsidurmada-2-cavus-sehid-olub-11-i-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR