Federasiya prezidenti: “Karateçilərimizdən ən azı 2 qızıl medal gözləyirik”

Federasiya prezidenti: “Karateçilərimizdən ən azı 2 qızıl medal gözləyirik”
18:43 11 May 2017
108 Digər
Ölkə mətbuatı
A- A+

“IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycana ilk qızıl medalları məhz karateçilərimiz qazandıracaq. Karateçilərimizdən ən azı 2 qızıl medal gözləyirik”.

Bunu Publika.az-a açıqlamasında Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov bildirib.

Y.Bəşirov karateçilərdən daha çox medal qazanacağını gözlədiyini deyib:

“İlk Avropa Oyunlarında 1 qızıl, 2 gümüş medal qazanacağımızı proqnozlaşdırmışdıq, ancaq 4 qızıl, 2 bürünc medal aldıq. 50 dövlət arasında birinci yerə çıxdıq. Bakı 2017-də 54 dövlətin atletləri mübarizə aparacaq. İran, Türkiyə, Misirin karate komandaları güclüdür. Buna baxmayaraq, çalışacağıq ki, həmişəki kimi birinci olaq. Hesab edirəm ki, ümumi hesabda 5-6 medal qazanacağıq”.

Federasiya prezidenti qadın atletlərinə də ümidlərinin böyük olduğunu söyləyib:

“İrina Zaretskaya Avropa Oyunlarında qızıl almışdı, indi dünyanın bir nömrəli idmançılarındandır. İlahə Qasımova isə 3-cü yerə çıxmışdı, bu dəfə o da qızıl medal qazana bilər”.

Yaşar Bəşirov qeyd edib ki, karate üzrə milli komandamızın üzvləri IV İslam Həmrəyliyi Oyunlarını həvəslə gözləyirlər:

“Hazırlıqlarımızı qənaətbəxş saymaq olar. Ümid edirəm ki, komandamız "Bakı 2017"də etimadı doğruldacaq. Bütün dünyaya göstərəcəyik ki, İslam terror yox, böyük mədəniyyətdir. Bizim qədim ənənələrimiz var. Bu din sülh gətirir. İslam dövlətlərinin nəyə qadir olduğunu göstərəcəyik. Avropa Oyunlarını yüksək səviyyədə keçirdik. Şəhərimizin gözəlliyi göz qabağındadır. Hamı heyran qalır. Biz artıq idman dövlətiyik. Artıq insanlar təkcə karateçilərimiz deyil, digər idman növlərində yarışan atletlərimizi də tanıyır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/198416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR