Türkiyədə PKK terrorçuları ilə qarşıdurma: 2 ölü, 11 yaralı

Türkiyədə PKK terrorçuları ilə qarşıdurma: 2 ölü, 11 yaralı
18:57 11 May 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında baş vermiş silahlı qarşıdurma zamanı 2 çavuş şəhid olub, 11-i yaralanıb. 

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Ağrı əyalətinin Doğubəyazid ilə Vanın Çaldıran rayonları arasındaki Təndürək dağında keçirilən əməliyyat zamanı qeydə alınıb. 

Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu və Van Dövlət Xəstəxanasına aparıldığı bildirilib. Digər 9 yaralı isə Doğubəyazid Dövlət Xəstəxanasına çatdırılıb.

Məlumatda 5 PKK terrorçusunun ölü ələ keçirildiyi qeyd olunub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/543803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR