Hacı Nuran efirə qayıdır - VİDEO

Hacı Nuran efirə qayıdır - VİDEO
19:12 11 May 2017
199 Şou
Ölkə mətbuatı
A- A+

Aparıcı Hacı Nuran Hüseynov uzun fasilədən sonra efirə qayıdır. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, onun yeni verilişi "Həyat" adlanacaq.

Hacı Nuran əməkdaşımızla söhbətində bildirib ki, proqram yaxın günlərdə ATV-də efirə gedəcək:

"Xeyriyyə məqsədli bir verilişdir. Mən hər zaman bu formatda layihələr etmişəm. Çox böyük layihədir. Bəzi məsələlər var ki, onları çox da açıqlaya bilmirəm. Proqramda ən çox xəstə və imkansız insanların müalicəsini gerçəkləşdirəcəyik. Eyni zamanda uşaq evləri və qocalar evinin sakinlərini çəkib, onların yaxınlarını axtaracağıq".

Qeyd edək ki, Hacı Nuran uzun illər "Xəzər" telekanalında çalışıb. O, "Xeyir körpüsü" proqramına aparıcılıq edib. Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı uzun illərdir efirdən uzaq qalıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Hacı Nuran efirə qayıdır


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/543714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR