Məşhur futbolçu, İngiltərə yığmasının sabiq kapitanı Devid Bekhem "King Arthur: Legend Of The Sword" filminin Londondakı "Leicester Square"də Avropa premyerasına qatılıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 42 yaşlı Devid Bekhemi oğlu, 18 yaşlı Bruklin müşayiət edib.

Bekhem qırmızı xalıda olarkən filmdə baş rolu oynamış 37 yaşlı Çarli Hannemlə görüşüb.

Lentin rejissoru Qay Riçidir.

"Mənə belə gəlir ki, film tamaşaçıların xoşuna gələcək. Hər halda Qay Riçi peşəkardır. Bu dəfə lentdə çoxsaylı sürprizlər, o cümlədən komik situasiyalar var", - Devid Bekhem deyib.

Baş rollları Cud Lolu və Çarli Hannemin oynadıqları filmdə məşhur aktrisa, model Kara Delevinin böyük bacısı Poppi Delevin də çəkilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində