Avropa İttifaqı azərbaycanlı məcburi köçkünlərlə birlikdə “Avropa Günü”nü qeyd edir

Avropa İttifaqı azərbaycanlı məcburi köçkünlərlə birlikdə “Avropa Günü”nü qeyd edir
19:17 11 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Zəngilan rayonunun İcra Hakimiyyəti bu rayondan olan məcburi köçkünlər icması üçün builki “Avropa Günü” münasibətilə konsert keçirəcək.
Nümayəndəlikdən "Report"a bildirilib ki, Azərbaycanın məcburi köçkün icması ilə birlikdə “Avropa Günü” ilk dəfə qeyd olunacaq. Mayın 11-də Masazır qəsəbəsində Zəngilandan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə gənc azərbaycanlı müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunacaq.
"Bu ilki "Avropa Günü" Avropa İttifaqının əsasını qoyan Roma Müqaviləsinin 60 illiyi ilə üst-üstə düşür. Bu, həm də Avropada sülh, müdafiə və təhlükəsizliyin 60 illiyidir və biz ümidvarıq ki, sülh Azərbaycan torpağında da çox tezliklə bərpa olunacaqdır"- Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Malena Mard söyləyib.
Ümumiyyətlə, "Avropa Günü" Aİ-ya üzv ölkələrlə birgə bu il mayın 6-7-də Lənkəranda qeyd edilib. Tədbirlər Lənkəranın ənənəvi qonaqpərvərliyi sayəsində yüksək səviyyədə keçirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/avropa-i-ttifaqi-azerbaycanli-mecburi-kockunlerle-birlikde-avropa-gunu-nu-qeyd-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR