"Azərsun Holding"in oğurlanmış yükü tapıldı

"Azərsun Holding"in oğurlanmış yükü tapıldı
19:24 11 May 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada içərisində "Azərsun Holding"ə məxsus 20 ton ət olan maşın, o cümlədən Bakıya Polşadan gətirilən 300 min ABŞ dolları dəyərində dərman yüklü avtomobil oğurlanıb.

 

APA-nın məlumatına görə, "Azərsun Holding"ə məxsus yük Ukraynadakı tədarükçü tərəfindən aparılan danışıqlar nəticəsində azad edilib.

 

Yük Azərbaycana yola salınıb. "Azərsun Holding"in mətbuat xidmətinin rəhbəri Afiq Səfərov faktı APA-ya təsdiqləyib, bildirib ki, yük Holdingin Qafqaz Konserv Zavoduna məxsusdur.

 

Digər yükdən isə heç bir xəbər yoxdur.

 

Qeyd edək ki, son bir neçə ay ərzində Ukrayna ərazisində içərisində Azərbaycana məxsus şirkətlərin yükü olan 20-dək maşın oğurlanıb. Bununla bağlı Ukrayna hüquq-mühafizə orqanlarına və Ali Radaya (parlament) müraciət olunsa da, hələlik nəticə yoxdur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR