İngiltərədə Jiru, Azərbaycanda Yunanov

İngiltərədə Jiru, Azərbaycanda Yunanov
19:27 11 May 2017
82 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərə Premyer Liqasının təxirə salınan "Southempton" - "Arsenal" qarşılaşması rekordla əlamətdar olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qonaqların 2:0 hesablı qələbə qazandığı matçın 83-cü dəqiqəsində fərqlənən Olivye Jiru meydana daxil olduqdan 3 dəqiqə sonra fərqlənib.

Bu, fransalının 6-cı belə qolu olub. Jiru əvəzlənmə ilə meydana girib, ən çox qola imza atan futbolçudu.
 
Azərbaycan Premyer Liqasının başa çatan 2016/17 mövsümünün 28 turunda keçirilən 112 qarşılaşmada 20 belə qol qeydə alınıb. Yalnız "Sumqayıt"ın oyunçusu Amil Yunanov 1-dən artıq belə qola sevinib. O, iki görüşdə sonradan meydana daxil olaraq rəqib qapısına yol tapıb. Amil IX turun "Qəbələ" ilə ev (2:2) XIII turun AZAL-la səfər (1:1) oyunlarında penaltidən fərqlənməyi bacarıb.
 
Klublar arasında rekord "Qəbələ"yə məxsusdur. Əyalət klubu 4 belə qola sevinib. AZAL, "Neftçi", "Qarabağ" və "Sumqayıt"ın hərəyə 3, "Zirə" 2, "İnter"lə "Kəpəz"in 1 qolu var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR