Hamilə olduğu deyilən azərbaycanlı idmançı:

“Bu, oyundur. Oyunu kimlərin təşkil etdiyini də yaxşı bilirəm”. Bu sözləri "Apasport"a açıqlamasında ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının heyətindən kənarlaşdırılan Xumar Məmmədovanın anası Sevinc Məmmədova deyib.

Ölkə mətbuatında Xumar Məmmədovanın hamilə olduğu üçün millidən kənarlaşdırıldığı bildirilir. Bununla bağlı açıqlama verən məşqçi Kərim Kərimli də Məmmədovanın yaxın zamanlarda ana olacağını söyləyib: “Sabah, birigün uşaq dünyaya gələcək. Onun atası da bəlli olacaq”.

Amma idmançının anası "Apasport" əməkdaşına bildirib ki, övladı haqda yayılan xəbərlər dezinformasiyadır və mediaya planlı şəkildə sızdırılır:

“Mən qızıma inanıram. Onun hamilə olması ilə bağlı deyilənlər yalandır. O, bakirədir, buna adım kimi əminəm və bunu sübut edəcəm. Yığmanın düşərgəsində Kərim Kərimli, Təranə Abbasova və Natalya Prişepaya göstərəcəm ki, qızım tərtəmizdir. Mən övladımdan şübhələnsəydim, onu evdən bayıra buraxmazdım. Bu məqsədlə yaxın günlərdə Bakıya gəlib, hər şeyə aydınlıq gətirəcəm. Mən onlara qızımın bakirə olduğunu sübut edəndən sonra qabağımda kim dayana biləcək?!”

Xumar Məmmədova da əməkdaşımızla söhbətində ona şər atıldığını vurğulayıb: “Mən hamilə deyiləm. Yığmadan kənarlaşdırılmağımın səbəbi zədə ilə bağlıdır. Biləyimdə zədə vardı. Hamilə olub-olmadığımı isə onlara sübut edəcəm. Bakirə qızam. Kərimlə münasibətim necə ola bilər ki, yalnız məşqçi-idmançı səviyyəsində. Mən bu işi belə buraxmayacam. Yazıblar ki, guya uşaq Kərim Kərimlidəndi. Ayıbdır, vallah. Hamısı ağ yalandır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR