Stoltenberq və Merkeldən ortaq mesaj:

NATO baş katibi Yens Stoltenberq təmsil etdiyi təşkilatın Suriya və İraqdakı silahlı qarşıdurmalara müdaxilə etməyəcəyini açıqlayıb.

Almaniyanın paytaxtı Berlində kansler Angela Merkellə görüşən Stoltenberq 25 mayda Brüsseldə keçiriləcək NATO dövlət liderləri sammitinin hazırlıqlarını müzakirə edib.

Metbuat.az-ın məlumatına görə, norveçli siyasətçi jurnalistlərdən birinin İŞİD-lə bağlı sualına sözügedən terror təşkilatına qarşı koalisiyaya qoşulmayacaqlarını açıqlayıb:

"Ümid edirəm ki, NATO-ya üzv olan ölkələr bu məsələ ilə bağlı qərarlarını mayın 25-nə qədər verəcəklər. Qərardan asılı olmayaraq bir şeyi dəqiq deyə bilərəm ki, biz Suriya və İraqdakı qarşıdurmalara qoşulmayacağıq".

Eyni zamanda Angela Merkel də Stoltenberqlə oxşar fikirlər səsləndirib. Almaniya kansleri dəqiq planlarının olmadığını bildirib:

"Əvvəlcə alternativləri analiz edəcəyik. Düzünü desəm, özümüzü ön sıralarda görmürəm. Dəqiq bir planımız yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR