"Hər şey yeyirdim" - 64 kiloqram arıqlayan aktyor - FOTO

"Hər şey yeyirdim" - 64 kiloqram arıqlayan aktyor - FOTO
20:12 11 May 2017
131 Şou
Ölkə mətbuatı
A- A+

"Pis Yedili" serialında "Canburger" obrazı ilə məşhurlaşan aktyor Uraz Kaygılaroğlu "3 Adam" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 2008-ci ildə çəkilən serialda Uraz 140 kiloqram olub. Hazırda isə 76 kiloqram olan aktyor bu illər ərzində 64 kiloqram arıqlamağının sirrini tamaşaçılar ilə bölüşüb.

Kaygılaroğlu "Əməliyyatmı olunmusan" sualına belə cavab verib:

"Xeyr, heç bir əməliyyatdan istifadə etmədim. Dieta saxladım. Bir gün dayımoğlu mənə dedi ki, əyil, göbəyinə bax. Əyilə bilmədim. Bu söz mənə çox pis təsir etdi. Söz verdim ki, daha yemək yeməyəcəm, arıqlayacam. Günlərlə ac qalırdım, cəmi 10 kiloqram arıqlamışdım. Daha çox arıqlamamaq mümkün olmurdu".

Aktyor bildirib ki, iki il ərzində 64 kiloqram arıqlamaqda ona dietoloq həkim kömək edib:

"Anam bir dəfə mənə dedi ki, gecə yatanda otağıma girir və qarnımdan səslər gəlir. Yemək yeməməklə özümə əziyyət verirdim. Ona görə, həkimə müraciət etdim. O da mənə siyahı tərtib etdi. Siyahını anam görəndə inanmadı. Çünki içərisində hər cür yemək var idi. Amma həmin dietoloqun köməkliyi ilə 76 kiloqrama kimi arıqladım".

Qeyd edək ki, U.Kaygılaroğlu 2014-cü ildə aktrisa Melis İşiten ilə ailə qurub. Cütlüyün bir övladı var. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/543811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR