Ağsuda silah-sursat tapıldı

Ağsuda silah-sursat tapıldı
20:22 11 May 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda silah-sursat tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 19:00 radələrində Ağsu-Kürdəmir yolunun kənarında, Qaraqaşlı kəndi ərazisində əl qumbaralarının olması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat daxil olub.
 
Polis əməkdaşları dərhal həmin əraziyə baxış keçiriblər. Ərazidən tapılan silah-sursatın sayı barədə hələlik məlumat yoxdur. Partlayıcı maddələrin Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən inşaat materialları mağazasının yaxınlığına kim tərəfindən atıldığı məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
      
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/543812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR