Mosul əməliyyatı bitir -

İraq ordusunun general-leytenantı Osman əl Qanimi 2016-cı ilin 17 oktyabrında başlayan Mosul əməliyyatının yaxın günlərdə bitəcəyini açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, BBC-yə müsahibə verən Qanimi Ramazan ayı başlamadan öncə İŞİD-in tamamilə təslim olacağını proqnozlaşdırdıqlarını bildirib: "Allahın köməkliyilə İŞİD yaxın günlərdə tamamilə məhv olacaq".

Qeyd edək ki, İraq ordusu şimal-qərb cəbhəsində sürətlə irəliləməkdədir. Dünəndən bəri daha bir neçə məhəllə İŞİD-dən təmizlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR