Ağsuda silah-sursat tapıldı

Ağsuda silah-sursat tapıldı
20:28 11 May 2017
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda silah-sursat tapılıb.

Publika.az xəbər verir ki, bu gün axşam saat 19:00 radələrində Ağsu-Kürdəmir yolunun kənarında, Qaraqaşlı kəndi ərazisində əl qumbaralarının olması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları dərhal həmin əraziyə baxış keçiriblər. Ərazidən tapılan silah-sursatın sayı barədə hələlik məlumat yoxdur. Partlayıcı maddələrin Qaraqaşlı kəndi ərazisində fəaliyyət göstərən inşaat materialları mağazasının yaxınlığına kim tərəfindən atıldığı məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/198428.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR