Bakı-2017: Azərbaycan millisi ilk qələbəsini qazandı

Bakı-2017: Azərbaycan millisi ilk qələbəsini qazandı
20:32 11 May 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən lV İslam Həmrəyli Oyunlarında futbol üzrə qrup mərhələsinin II turuna yekun vurulub. 

Milli.Az report.az-a istinadən bildirir ki, son matçda 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşıb. Matç Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qalibiyyəti ilə yekunlaşıb. Turnirdə qazandığı ilk qələbə sayəsində xalını 4-ə çatdıran yığma vurulan qollardakı say üstünlüyünə görə 1-i pilləyə yüksəlib.

Qeyd edək ki, A qrupunun digər matçında Kamerun və Mərakeş komandaları heç-heçə ediblər - 1:1.
Bu nəticələrdən sonra Azərbaycanla eyni xala malik Mərakeş yığması ilə 2-ci pillədə yer alıb. Kamerun 2 xalla 3-cü pillədə qərarlaşdığı halda, keçirdiyi hər iki oyunda uduzan Səudiyyə Ərəbistanı qrupdan çıxmaq şansını itirib.

Yaşar Vahabzadənin rəhbərlik etdiyi kollektiv sonuncu turda Mərakeşlə üz-üzə gələcək. Oyun mayın 15-də baş tutacaq.

11 may (cümə axşamı)
Futbol
Qrup mərhələsi, II tur
A qrupu

Azərbaycan - Səudiyyə Ərəbistanı 2:0
Qol: Elşən Abdullayev, 66. Ağabala Ramazanov, 80
"Bayıl Arena"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/543816.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR