Monqol eli Çingizxan dövrünün əlifbasını kargüzarlıq işlərinə tətbiq etməyi planlaşdırır

Monqol eli Çingizxan dövrünün əlifbasını kargüzarlıq işlərinə tətbiq etməyi planlaşdırır
20:37 11 May 2017
88 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Monqol eli 2025-ci ildə Çingizxan dövrünün əlifbasını kargüzarlıq işlərinə tətbiq etməyi planlaşdırır.
“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, 1991-ci ildən ölkənin ümumtəhsil məktəblərində Cenqədim monqol əlifbası ayrıca fənn kimi tədris edilir.
İyirmi səkkiz işarədən ibarət olan bu əlifbada sözlər yuxarıdan aşağı yazılır. Tarixi faktlara görə, bu yazı Çingizxanın əmri ilə qədim uyğur əlifabası əsasında tərtib edilib. “Gizli salnamə”, “Qızıl salnamə”, “Dəyərlərin xəzinəsi”, buddistlərin “Qanjur” (“Sözlük”) və "Danjur” (“Açıqlama”) adlı müqəddəs kitabları qədim monqol əlifbasında yazılıb.
Ümumiyyətlə, monqol dilinin indiki əlifbası Orta Asiyanın keçmiş sovet respublikaları ilə birlikdə 1940-cı ildə qəbul olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/monqol-eli-cingizxan-dovrunun-elifbasini-karguzarliq-islerine-tetbiq-etmeyi-planlasdirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR