Prokurorluq: “Charlie Hebdo”da terror aktı nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb

22:22 7 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 22:19 ]

Bakı – APA. Fransada nəşr olunan “Charlie Hebdo” satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücum nəticəsində 12 nəfər ölüb, 11 nəfər yaralanıb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılardan 4 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Hadisə ilə əlaqədar dəqiqləşdirilmiş məlumatı Parisin prokuroru Fransua Molen təqdim edib.

 

“Faktla bağlı Paris prokurorluğu bir neçə maddə ilə istintaqa başlayıb. Onların arasında  qəsdən adam öldürmə və ölümə cəhd, qanunsuz silahlı qrupun yaradılması, cinayətkar qrup şəklində  silahlı basqın, qanunsuz silah gəzdirmə maddələri var.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR