Toyuq və velosiped oğruları tutuldu

Toyuq və velosiped oğruları tutuldu
20:49 11 May 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz rayonunda silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxslər saxlanılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 oğurluq faktının üstü açılıb. Xaçmaz şəhər sakini Zeynalov Zaur Seyfəddinoviç polisə müraciət edərək, ona məxsus mağazadan ümumi dəyəri 231 manat olan 33 ədəd toyuğunun oğurlandığını bildirib. 

 

Həmin gün Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini Seyidəliyev Mübariz Seyidbala oğlunun da velosipedi oğurlanıb.

 

Hər iki fakt üzrə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni Xaçmazın Köhnə Xaçmaz kənd sakini Nəbiyev Asəf Bəqbala oğlu tərəfindən törədildiyi müəyyənləşib.

 

Bundan əlavə Gəncə şəhər sakini Cümşüdov Cavid Əbülfəs oğluna məxsus yeni tikilən evdən istilik sistemlərinə aid ehtiyyat hissələrini oğurlayan 14 və 15 yaşlı iki azyaşlı saxlanılıb.

 

Xaçmaz şəhər sakini Dəyanət Tağıyevə məxsus kommersiya mağazasından ümumi dəyəri 600 manatlıq istilik sistemlərini oğurlayan iki nəfər də həbs olunub. İstintaq tədbirləri zamanı oğurluğun Qafarov Röyal Aslan oğlunun və Qədirov Orxan Mahmud oğlunun törətdiyi aşkarlanıb.

 

Hər üç faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274403

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR