Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüb

Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüşüb
20:50 11 May 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Heydər Əliyev Fondu Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə növbəti görüş təşkil edib.

Nahar və çay süfrəsi arxasında keçən görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Leyla Əliyeva pansionatın sakinləri ilə görüşdü, onlarla səmimi söhbət etdi.

Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla yanaşı, əmək və müharibə veteranları ilə və ahıllarla daim görüşlər keçirdiyini, onları qayğı ilə əhatə etdiyini vurğulayan pansionat sakinləri bunun mənəvi baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.

Heydər Əliyev Fondunun nümayəndələri mütəmadi olaraq Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionata baş çəkir, buranın şəraiti, sakinlərin qayğıları ilə maraqlanır, onların müxtəlif problemlərinin həllində iştirak edirlər. Eləcə də pansionat sakinlərinin asudə vaxtlarının təşkili daim diqqətdə saxlanılır.

Pansionatdan kənar təşkil olunan budəfəki görüş və istirahət proqramı sakinlər üçün xoş təəssürat yaratdı.

Tədbirdə Heydər Əliyev Fondu adından hədiyyələr də verildi.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2752801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR