Terrorçu PKK-nın İran və İraq vətəndaşı olan dəstə başçıları məhv edilib

Terrorçu PKK-nın İran və İraq vətəndaşı olan dəstə başçıları məhv edilib
21:02 11 May 2017
85 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 may. REPORT.AZ/ Türkiyənin Tunceli əyalətinin Pülümür rayonun Kızılmecit qəsəbəsində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 3 aparıcısı zərərsizləşdirilib.
“Report” Haber7-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bunlar İran vətəndaşı, Türkiyənin Ərzurum əyaləti Bağır gücü qadın bölməsinin “dəstə başçısı” Dohter Hatəmi Es, digəri İraq vətəndaşı Barav gücü “dəstə başçısı” Cabir Mövludi və üçüncüsü Mehmet Füdeyildir. Mehmet Füdeyil 2015-ci il avqustun 15-də Bingöl-Ərzurum avtomobil yolunun kəsərək, polis əməkdaşlarına basqın edib.
Ümumilikdə Pülümür rayonun Kızılmecit qəsəbəsində keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 7 üzvü zərərsizləşdirilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/terrorcu-pkk-nin-i-ran-ve-i-raq-vetendasi-olan-deste-bascilari-mehv-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR