Azərbaycanlı teleaparıcı: "Şorgöz olmağa çalışacağam" - FOTO

Azərbaycanlı teleaparıcı: "Şorgöz olmağa çalışacağam" - FOTO
21:12 11 May 2017
183 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış teleaparıcı Murad Əzimzadə həmkarı "Yoxlama" verilişinin aparıcısı Azər Zahidin rəhbərliyi ilə çəkiləcək "Sür əmioğlu" adlı filmdə çəkiləcək.

O bu haqda Milli.Az-a danışıb.

"Azər Zahidin rəhbərliyi ilə çəkiləcək "Sür əmioğlu" adlı komediya filmində rol almışam. Qeyd edim ki, canlandıracağım obraz komik bir roldur. El dili ilə desək "babnik" rolunu oynayacağam. Həyatda şorgöz olmasam da, filmdə şorgöz olmağa çalışacağam (gülür). Ekran işində məndən başqa Teymur Məmmədov, Hacıbaba Məmmədov və s. tanınmış sənət adamları çəkiləcək. İnanmıram ki, çəkilişdə çətinlik yaşayım, çünki mən 4 il İncəsənət universitetində təhsil almışam. Çox gözəl bir komediya ərsəyə gətirəcəyimizə əminəm", - deyə teleaparıcı bildirib.

Qeyd edək ki, Murad Əzimzadə "Atv kulis" verilişinin aparıcısıdır.

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/543334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR