4 yaşı olan Rahim özündən qat-qat böyüklərə meydan oxuyur - VİDEO

4 yaşı olan Rahim özündən qat-qat böyüklərə meydan oxuyur - VİDEO
21:17 11 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Hələ tam danışa bilmir, amma özündən qat-qat böyüklərə meydan oxuyur. Hörmətli oxucular, təsəvvür edin, 4 yaşlı uşaq avtomobil dartır. Həm də dişləri ilə. Azyaşlı pəhləvanı siz də tanıyın.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bir ucu avtomobilə bağlanmış kəndiri ağzına alıb dartmağa başlayır. 2 tonluq avtomobili dişləri ilə dartmağa çalışır.
Kadrlar Naxçıvan Muxtar Respublikasındandır. Babək rayonunun Payız kəndində yaşayan və cəmi 4 yaşı olan Rahim Cəfərov adlı bu uşaq pəhləvanlığı ilə diqqət çəkir. Uşaq, çəkisi 2 ton olan avtomobili dartmağa başlayır. Əvvəlcə, avtomobili yerindən tərpətməyə çətinlik çəkir. Hətta bir neçə dəfə buna cəhd edir. İlk baxışdan adama elə gəlir ki, o, bu işin öhdəsindən gələ bilməyəcək.
Lakin sonradan görüntülər adamı heyrətə salır. Uşaq, avtomobili dişi ilə dartmağa nail olur. Uşağın bu istedadını ilk öncə görən isə atası olub.
Yaşı az olduğundan Rahim Cəfərovun dili hələ yaxşı söz tutmur. Buna baxmayaraq, uşaq gücü ilə yaşıdlarından çox fərqlənir.
Atası Rahim Cəfərovu idmançı kimi böyütmək istəyir. Məqsəd Azərbaycan üçün daha bir olimpiya çempionu yetişdirməkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/543827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR